7 Noyabr 2014 13:19
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın paytaxtı İslamabadda ikinci mərtəbəyə paltar şkafı çıxarmaq istəyən 8 nəfərin qeyri-adi səyi maraqlı görüntülər yaradıb.

Terleqraf.com hurriyet.com-a istinadən xəbər verir ki, onların şkafa nazik kəndir bağlayaraq eyvandan çəkməyə çalışması az qala həmin şəxslərdən birinin canı bahasına başa gələcəkdi. Tragikomik hadisə binada yaşayan bir nəfər tərəfindən mobil telefonla lentə alınıb.

Kəndirin qopması nəticəsində şkaf bir nəfərin başına düşüb. Aldığı zərbə ilə yerə yıxılan şəxs bir müddət sonra ayağa qalxıb.

Samir


Müəllif:

Oxşar xəbərlər