11 Noyabr 2014 10:17
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur dünya ulduzu Rihanna özünün ilk "The Diamont Ball" xeyriyyə konsertinin anonsunu edib.

Teleqraf.com xəbər verir ki, ifaçı karyerasında əsas nailiyyətlərdən biri olaraq, "The Clara Lionel Foundation" xeyriyyə fondunun təsis olunmasını hesab edir. Fond xərçəng xəstələrinə yardım edir. Ulduz onu nənə və babasının şərəfinə açıb. Fonda dəstək olaraq, pop-ifaçı ilk əldə olunan bütün vəsaitin xəstələrin müalicəsinə yönəldiləcəyi "The Diamont Ball" xeyriyyə konsertini elan edib.

İlk tədbir dekabrın 11-də Beverli-Hillsdə baş tutacaq. Konsertdə Rihannayla yanaşı, digər ulduzlar çıxış edəcək.

Rüstəm


Müəllif: