18 Dekabr 2014 12:09
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Instagram" foto və videoçarxların məzmununun redaktəsi üçün beş yeni filtr istifadəyə verib.

Teleqraf.com xəbər verir ki, "Instagram"ın orijinal filtrlər dəsti aşağı keyfiyyətli fotoşəkilləri kompensasiya etmək üçün nəzərdə tutulub.

Yeni filtrlər "Slumber", "Crema", "Ludwig", "Aden" və "Perpetua" adlandırılıb. Bu filtrləri nəzərə aldıqda "Instagram" xidmətində istifadəçiyə 25 filtr dəsti əlçatandır. Bundan başqa, istifadəçi indi siyahıdakı filtrlərin sırasını dəyişdirə bilər.

Qeyd edək ki, "Instagram"ın qlobal auditoriyası aylıq 300 milyon istifadəçidən ibarətdir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər