25 Dekabr 2014 15:33
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin yanvarın 4-də Yer kürəsinin bütün sakinləri bir neçə saniyə havada asılı vəziyyətdə qala biləcəklər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, britaniyalı tədqiqatçılar əmin edir ki, həmin tarixdə Yer kürəsində cazibə qüvvəsi zəifləyəcək.

Alimlərin sözlərinə əsasən, belə bir hadisə Yer kürəsində hər min ildən bir baş verir. Yeni ildən sonra Yer kürəsinin sakinləri havaya atılaraq, 2-3 saniyə göydə qala biləcəklər. Tədqiqatçılar təbii hadisənin baş vermə tarixini də açıqlayıblar: bu, Bakı vaxtı ilə saat 20:47-də olacaq.

Qeyd olunan saatda insanlar asanlıqla atılıb-düşə biləcəklər. Adi halda insan havaya tullanarkən dörddə bir saniyə göydə qala bilirlər. Lakin 20:47-də Azərbaycanla eyni saat qurşağında olan insanlar havada 3 saniyə qala biləcəklər.

Britaniyalı astronom Patrik Mur bu hadisəni belə izah edir: “Müəyyən vaxtda Yupiter və Pluton eyni xətt üzərində dayanır. Bu zaman Yer kürəsinin cazibə sahəsi qısa müddət də olsa zəifləyir”.


Müəllif: