6 Yanvar 2015 01:27
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın Kenterberi regionunda 5,6 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, yeraltı təkanların episentri Metven şəhəri yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.

2011-ci ilin fevralında adıçəkilən regionunun Kraystçerç şəhərində baş vermiş güclü zəlzələ nəticəsində ciddi dağıntılar baş vermiş, 185 nəfər həlak olmuşdu.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.


Müəllif: