Çilidə 5,9 bal gücündə zəlzələ olub.
Teleqraf.com-un TASS-a istinadən verdiyi xəbərə görə, yeraltı Uasko şəhərindən 85-km aralıda, ocağı isə 1 km dərinlikdə yerləşib.
Zəlzələ Çilinin bir çox yaşayış məntəqələrində hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsinin olmadığı bildirilir.