6 Mart 2015 06:43
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adı həmişə qalmaqallarda hallanan Ukraynanın Radikal partiyasının lideri Oleq Lyaşko ilə bağlı yeni söz-söhbət yaradacaq məlumat yayılıb.

ANS PRESS-in məlumatına görə, Ali Radanın iclası zamanı Ukrayna Radikal partiyasının başçısı Oleq Lyaşko öz mobil telefonunda kişilərin yarıçılpaq şəkillərinə baxarkən yaxalanıb. Bu haqda parlamentin fotoqrafı Boqdan Bortakov "Facebook"da yazıb.

Bortakov həmçinin həmin şəkilləri öz səhifəsində dərc edib.

Bir neçə gün öncə Radikal partiyasının lideri parlamentdə keçmiş silahdaşı Sergey Melniçukla əlbəyaxa davaya çıxmış və onu parlamentdən qovmağa çalışmışdı.

Daha əvvəl bildirilirdi ki, Lyaşko davranışı ilə bağlı prezident Pyotr Poroşenkodan üzr istəyib.


Müəllif:

Oxşar xəbərlər