Mayın 29-da Beynəlxalq Ticarət Mərkəzinin son mərtəbələrində yerləşən Ümumdünya rəsədxanasının qapıları açılacaq.
Teleqraf.com xəbər verir ki, 541 metr yüksəklikdə olan rəsədxana 100-102-ci mərtəbələri əhatə edəcək. Ən son texnologiyalarla təchiz edilmiş rəsədxana qonaqları təkcə astronomiya ilə tanış etməyəcək, həm də World Trade Center-in tarixi barədə danışan proqramı nümayiş edəcək. Xüsusi liftlər ziyarətçiləri ən son mərtəbəyə 60 saniyəyə qaldıracaq, giriş üçün ödəniş isə 26 dollar təşkil edəcək.
Rüstəm