17 Aprel 2015 10:32
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əncirin sümüklərə yaxşı təsir etdiyini bilirsinizmi?

Əncir sümük sağlamlığı üçün lazım olan vitamin və minerallarla zəngindir. Bir kasa əncirdə 180 milliqram kalsium, C və K vitamini var.


Təzə əncirin kalorisi yüksək deyil, ancaq lif baxımından zəngindir. Buna görə də pəhriz saxlayanlar üçün doyumlu meyvədir.


Əncir ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürək iltihabını aradan qaldıran və ağrıkəsən təsirə malikdir. Bundan əlavə, sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır. Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür. Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzimləyir.


Müəllif:

Oxşar xəbərlər