Kanadanın Makenzi şəhəri yaxınlığında turistin meyiti aşkarlanıb. İlkin məlumata görə, onu qara ayı öldürüb. Musavat.com xəbər verir ki, məlumatı "The National Post" yayıb.
Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları yaxınlıqda olan ayı və canavarı güllələyiblər.
Turistin ölümünün səbəbi meyitin müayinəsindən sonra məlum olacaq.