15 İyul 2015 23:54
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzəblə qalxan zərərlə oturar deyiblər. Çox düzgün ifadədir. Hirslə hərəkət edən insan işin sonunda peşmançılıq yaşaya bilir. Amma hirslənmək üçün bu qədər səbəb varkən insan necə sakit ola bilər də deyə bilərsiniz. Hirsinizi məğlub etmək üçün bu təklifləri diqqətlə oxuyun.

1. Bir fasilə elan edin. Twix dadın. Şablon görünsə də, reaksiya verməmişdən əvvəl 10-a qədər saymaq hirsinizi yatıra bilər.

2. Mühitdən uzaqlaşın. Hirsiniz bir az sakitləşənə qədər, əsəbiləşdiyiniz adamdan bir az uzaq durun.

3. Bir az sakitləşəndə hirsinizi ifadə edin. Qarşıdurma olmayan bir şəkildə hirsinizi ifadə etmək sağlamdır.

4. Bir az məşq edin. Fiziki fəaliyyət, duyğularınız üçün bir çıxış nöqtəsi təmin edir. Xüsusilə, hirsdən partlamaq üzrəsinizsə... Sürətli tempdə bir qaçış edə bilər, üzə bilər, ağırlıq qaldıra bilərsiniz ya da basketbol atışları edə bilərsiniz.

5. Bir şey söyləməmişdən əvvəl diqqətli düşünün. Əks halda, peşman olacağınız bir şey ifadəyə ehtimalınız çoxdur. Söyləmək istədiklərinizi yazmaq faydalı ola bilər. Hirslisinizsə, yazaraq mövzudan uzaqlaşa bilərsiniz.

6. Vəziyyətlərin həllini təsbit edin. Sizi nəyin hirsləndiyini təyin etmək yerinə, hirsli olduğunuz adamla birlikdə probleminizə həll tapmağa çalışın.

7. Problemi izah edərkən "mən" sözünü istifadə edin. Bu qarşınızdakını ayıblamaq ya da günahkar göstərməkdən xilas olmağınıza kömək edəcək. Məsələn, "Ev işlərinə kömək etməlisən" yerinə, "Bu axşam ev işlərinə kömək etmədiyin üçün kədərləndim" ifadəsini istifadə edin.

8. Kin güdməyin. Əgər digər adamı bağışlasanız, bu ikiniz üçün də faydalı olar. Hər kəsin sizin istədiyiniz kimi davranmasını gözləmək düzgün deyil.

9. Gərginliyi, təzyiqi azaltmaq üçün yumoru, lağ etməyi təcrübədən keçirin. İynələyən və kiçik hesab etdirən lağ-lağı istifadə etməyin, bu duyğuları incidə bilər və hər şeyi daha pis edə bilər.

10. Boşalma bacarıqları tətbiq edin. Boşalma bacarıqlarını öyrənmə və stressi azaltma hirsinizə nəzarət etməyə köməkçi olacaq. Dərin nəfəs almaq, bir boşalma səhnəsini gözünüzdə canlandırmaq ya da sakitləşdirici bir sözü təkrar etməyi sınayın. Digər hirsi yüngülləşdirmə yolları isə musiqi dinləmək, bir qəzetdə yazı yazmaq ya da yoga etməkdir.

Babək Bayramov


Müəllif:

Oxşar xəbərlər