8 Avqust 2015 08:54
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Matterhorn dağında insan bədəninin qalıqları tapılıb.

Qalıqların 45 il əvvəl bu ərazilərdə olmuş iki yaponiyalı alpinistə məxsus olması aşkarlanıb. Yaponiyanın Xarici İşlər Nazirliyi həmin insan qalıqlarının 1970- ci il avqustun 18-də 4 min 478 metr hündürlükdə yerləşən Matterhorn dağına səyahət məqsədilə gələn, lakin o vaxtdan itkin düşmüş 21 yaşlı Masayuki Kobayashi və 22 yaşlı Michio Oikavaya aid olduğunu açıqlayıb. 2 min 800 metr hündürlükdə bir alpinist tərəfindən aşkar edilən insan qalıqları analiz edilmək üçün Cenevrə Laboratoriyasına göndərilib. 1925-ci ildən İsveçrə polisi tərəfindən axtarılan alpinistlərlə bağlı Yaponiyanın İsveçrədəki səfirliyi vasitəsi ilə ailələrindən DNT nümunələri də alınıb.

Qeyd edək ki, bu qalıqlar İsveçrə alplarındakı buzların əriməsi nəticəsində aşkar olunub.


Müəllif:

Oxşar xəbərlər