13 Sentyabr 2015 22:15
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ütünü hər 3 aydan bir təmizləmək lazımdır. Xüsusən, buxarvermə funksiyası varsa, onun kirəc bağlaması ehtimalı çoxdur.

Publika.az xəbər verir ki, ütünü kirəcdən və pasdan təmizləməyin çox təsirli bir üsulu var.

Ütü masasının üstünə çoxlu duz tökün. Duzun üzərinə köhnə, artıq istifadə etmək istəmədiyiniz yastıq üzü sərin. Ütünün buxarvermə funksiyasını deaktiv edin. Daha sonra cihazı ən yüksək temperatura qoyun. Ütünü yastıq üzünün üstünə qoyub 1 dəqiqə gözləyin. Bütün pas və kirəc töküləcək. Ütünüz yeni kimi olacaq.


Müəllif:

Oxşar xəbərlər