16 Sentyabr 2015 11:48
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha bir gözlənilməz cinayət işi açılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolu vilayətində ata əlil qızına təcavüz etməkdə ittiham olunaraq həbs edilib.

Hadisə Bolu vilayətinin kəndlərindən birində baş verib. Əqli problemi olan 28 yaşlı K.U. qarnındakı şiş səbəbi ilə xəstəxanaya aparılıb. Burada onun hamilə olduğu aşkar olunub. Qızına təcavüz etməkdə ittiham olunan atası sıçan zəhəri içərək özünü öldürmək istəyib.

Xəstəxanaya yerləşdirilən A.U. müalicə olunduqdan sonra hakim qarşısına çıxarılıb.

Hazırda hadisə ilə bağlı məhkəmə davam edir.

Rüstəm


Müəllif: