17 Sentyabr 2015 21:35
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 18 yaşlı Əsəd Abdanın valideynləri ilə mübahisəsi qanla bitib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfada baş verib. 51 yaşlı ata Hüseyn Abdan ilə oğlu Əsəd arasında mübahisə düşüb. Əsəblərinə hakim ola bilməyən Əsəd çörək bıçağı ilə atasını vurub. Ata hadisə yerində keçinib. Onları ayırmağa çalışan anasını isə yaralayıb. Əsəd daha sonra hadisə yerindən qaçıb. Səsi eşidən qonşular polisə və təcili tibbi yardıma zəng ediblər. 49 yaşlı Keski Abdan isə xəstəxanaya aparılıb.

Atasını öldürüb, anasını yaralayan Əsəd bir müddət sonra polisə təslim olub. Hadisə ilə bağlı istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər