19 Sentyabr 2015 18:15
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparılan araşdırmalar tez-tez balıq yeyənlərin depressiyaya düşmədiyini sübut edib.

Publika.az xəbər verir ki, 150 mindən çox insanın iştirak etdiyi 26 müxtəlif araşdırmanın nəticələri balığın depressiyaya düşmək riskini təxminən 17 faiz azaltdığını göstərib.

Tədqiqatçılar bunu balığın tərkibindəki yağ turşuları ilə əlaqələndirirlər. Belə ki, balığın ehtiva etdiyi omeqa­3 yağ turşuları dopamin ve serotonin hormonlarının daha aktiv olmasını təmin edir. Bu da insanın özünü daha xoşbəxt hiss etməsinə və depressiyadan uzaqlaşmasına səbəb olur.

Ancaq araşdırmaçılar depressiyaya qarşı hansı balıq növünün daha təsirli olduğunu müəyyənləşdirə bilməyiblər. Tədqiqatlar davam edir.


Müəllif:

Oxşar xəbərlər