Amerikalı sadist cütlük onlara pul borcu olan şəxsin sevgilisini qaçırıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Omaha şəhərində baş verib. Cütlük qaçırdıqları qıza işgəncə veerib və əcavüz ediblər.
Polisdən verilən məlumatlara görə, 33 yaşlı Ronald Ford və 26 yaşlı Şavontae Grin saxlanılıb. Ford verdiyi açıqlamada 36 yaşlı qadının üzərində siqaret söndürdüklərini, onu zəncirlə döydüklərini deyib. O, həmçinin qadınla intim əlaqədə olduğunu etiraf edib.
Təqsirləri sübuta yetirilərsə, Ford 170 il, Grin isə 75 il müddətinə azadlıqdan məhrum ediləcək.
Samir