“Google” şirkəti “Alphabet” holdinqinin mülkiyyəti olacaq.
Cari ilin avqustunda internet nəhəngi öz biznesini yenidən strukturlaşdırmağa başladığını elan edib. Bunun üçün holdinq olacaq yeni firma təsis edilib və “Google” onun tərkibinə daxil ediləcək.
“Google” şirkətinin icraçı direktoru Larri Peyc “Alphabet”in həmtəsisçisi olub. Axtarış sisteminin digər həmtəsisçisi Serqey Brin yeni şirkətin prezident postunda çalışacaq.
Şirkətin nümayəndəsi əmin edir ki, istifadəçilər heç bir dəyişiklik hiss etməyəcək. "Google sadəcə adını “Alphabet”ə dəyişir və “Google” filialını təsis edir.
Şirkətin məhsullarının inkişafı bölməsinin direktoru hindistanlı Sundar Piçai “Google”un yeni direktoru olacaq.