Günahlarına görə tövbə etməkdən boyun qaçıran 19 yaşlı Lukas Leonard valideynləri Bryus və Debora tərəfindən öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Nyu-Yorkdakı kilsələrdən birində törədilib.
Polisdən verilən məlumata görə, bir neçə saat fiziki cəzaya məruz qalan Lukas infarkt keçirib. Lukasın kiçik qardaşı da döyülüb, ancaq o sağ qala bilib.
Tibbi ekspertiza zamanı Lukasın bədəninin müxtəlif nahiyələrində küt alətlə yetirilmiş xəsarətlər aşkar edilib. Valideynlər polis tərəfindən saxlanılıb.
Samir