27 Oktyabr 2015 22:54
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya xərçəngin effektiv müalicəsinə görə Avropa ölkələri arasında liderdir. Bu barədə İtaliya Tibbi Onkologiya Assosiasiyasının (İTOA) 17-ci milli konqresində məlumat verilib.

Məlumatda bildirilir ki, ötən 17 ildə İtaliyada xərçəng xəstəliyindən xilas olan kişilərin sayı 17 faiz, qadınların sayı isə 10 faiz artıb. İnsanın immun sisteminin xərçənglə mübarizədə istifadə olunduğu müalicə metodu italiyalı pasientlərin əksəriyyətində müsbət nəticə verib.

İTOA-nın prezidenti Karmin Pinto bildirib ki, bu ümidverici statistikadan əksər italiyalıların xəbəri yoxdur.

Qeyd edək ki, bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının emal olunmuş ətləri – bekon, vetçina, kolbasa və sosiskaları ürək-damar və onkoloji xəstəliklər yarada biləcək potensial təhlükəli ərzaqların siyahısına daxil etməsinə italiyalı ekspertlər münasibət bildirib. Tanınmış onkoloq Umberto Veronesi təşkilatın bu nəticəyə gəlməsinin təəccüb doğurmadığını və müvafiq araşdırmanın xəstəliklərlə mübarizədə effektiv ola biləcəyini vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər