16 Noyabr 2015 21:35
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə Qaziantepdə olub. 32 yaşlı Mahmut Z. mübahisə etdiyi 30 yaşı sevgilisi Leyla Y.-ni öldürüb.

Hadisə səhər saatlarında Yavuzlar məhəlləsində baş verib. Mahmut 4 il əvvəl həyat yoldaşından boşanmış bir uşaq anası olan Leylanın qaldığı evə gedib. Sevgililər arasında mübahisə düşüb. Mahmut üzərində gətirdiyi tapanca ilə əvvəl Leylaya atəş açıb. Qəzəbi soyumayan Mahmut bıçaqla qadının boğazını kəsib.

Mahmut Z. qətli törətdikdən sonra hadisə yerindən qaçıb. Axtarışlara başlayan polis qısa müddətdə cinayətkarı tutub.

Cinayət işi ilə bağlı istintaq davam edir.

Ramal


Müəllif: