3 Dekabr 2015 13:51
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ər bir müddət əvvəl boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmirdə baş verib.

23 yaşlı Damla İbru 4 il əvvəl Şenol İbru ilə ailə həyatı qurub. 2 uşağı olan cütlük 1.5 il əvvəl boşanıb. Damla İbru məhkəmə zamanı Şenol tərəfindən təhdid olunduğuna görə ona qoruma ayrılıb. Boşandıqdan sonra Damla uşaqlarını keçmiş həyat yoldaşının ailəsinə verib və Muğlaya köçüb. Bir müddət sonra həyat yoldaşının həbsxanaya düşdüyünü öyrənən qadın uşaqlarını görmək üçün İzmirə qayıdıb. 3 gün əvvəl kəndə qayıdan Damla atasının evində yaşamağa başlayıb.

Həbsxanada olan Şenol həyat yoldaşının qayıtdığını öyrənib. O, həbsxanadan qaçaraq Damlanı yatdığı yerdə bıçaqlayaraq öldürüb. Daha sonra hadisə yerindən qaçıb.

Daha əvvəl də haqqında qoruma qərarı verilən Damla İbrunun ölüm xəbəri yaxınlarını şoka salıb.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Ramal


Müəllif:

Oxşar xəbərlər