4 Dekabr 2015 08:15
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürətlə dəyişən dünyada texnoloji cəhətdən köhnəlmiş, lakin hələ də mövcud olan və insanlara sevinc bəxş edən bir neçə amil qalmaqdadır.

Smartfonların müasir funksiyalarla təchizinə baxmayaraq, 160 simvol uzunluğunda mesajlar bütün rabitə qurğularında əvvəlki kimi vacib atribut olaraq qalır. Sadə simvollar vasitəsilə insan hislərini çatdıran “SMS” istifadəçilərin əksəriyyəti üçün əsas ünsiyyət vasitəsi sayılır.


“SMS”in yaranma tarixi Danimarkadakı pizzaxanada başlayıb. 1984-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən mobil rabitə üzrə konfransda iştirak edən finlandiyalı mühəndis Matti Makkonen iki həmkarı ilə pizzaxanada keçirilmiş qeyri-rəsmi görüşdə “GSM” mobil rabitə şəbəkələri üzrə qısa mesajlarla mübadilə sisteminin ideyası ilə bağlı müzakirə aparıblar. O dövrdə “GSM” yalnız Skandinaviya ölkələrində tətbiq olunub və bir neçə il sonra ümumavropa standartı kimi təsdiqlənib.

1992-ci ildə “SMS” standartı təsdiqlənib və Böyük Britaniyanın “Vodafone” şirkəti “Sema Group” standartlaşdırma təşkilatından “SMS” mərkəz üçün proqram təminatının hazırlanmasını sifariş edib. Tərtibatçılar komandasının iştirakçılarından biri Nil Papvort olub.

Proqram təminatının hazırlanmasına təxminən 1 il vaxt sərf olunub. 1992-ci il dekabrın 3-də Nil Papvort “Vodafone” şirkətinin mənzil-qərargahına gedərək orada kompüter arxasında əyləşdikdən sonra “SMS” vasitəsilə “Vodafone” şirkətinin direktoru Riçard Carvisə “Merry Christmas” mesajını göndərib. “SMS” dövrünün tarixi belə başlanıb.

“GSM Association” məlumatına əsasən, indi dünyada 1 ildə təxminən 7 trilyon “SMS” mesaj göndərilir ki, bu da saniyədə təxminən 200 min “SMS” deməkdir.


Müəllif:

Oxşar xəbərlər