Erməni toyunda bəy və gəlin Azərbaycan musiqisinə oynayıb.
Toy mərasimində qonaqların alqışlarının müşayiəti altında rəqs edən erməni cütlük sonradan həmin görüntüləri sosial şəbəkədə paylaşıblar.
Videoda səslənən rəqs Azərbaycan xalq oyun havası "Şalaxo"dur. Ancaq ermənilər tarix boyu olduğu kimi yenə də Azərbaycan mədəniyyətini özünküləşdirməyə cəhd edirlər. Bu rəqs azərbaycanlıların ən çox sevdikləri kişi rəqsidir. Onu həmişə böyuk həvəslə oynayırlar. Rəqsə ifaçılar özünü bütün ustalığını və məharətini göstərməli olurlar. "Şalaxo" ən qədim Azərbaycan rəqslərindən biridir.
Azərbaycan xalq oyun havası olan "Şalaxo" şən, nillli, qıvraq rəqs musiqisidir. Bu sözün mənası şalaxo-şələküm (daha dəqiq desək, şələkə yüküm) sözü uzun illər ərzində çox dəyişilərək təhrif olunub.
/Baku.WS/