5 Dekabr 2015 08:05
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

«Net Market Share» xidmətinin məlumatına əsasən, indi dünyada «Microsoft» şirkətinin yeni «Windows 10» əməliyyat sisteminin (ƏS) yayılma göstəricisi 9 faiz təşkil edir.

Müqayisə üçün qeyd edək ki, sentyabrda bu göstərici 5,38 faiz olub. Mütəxəssislər bildirir ki, proqram nəhənginin ödənişsiz yeniləmə funksiyası «Windows 10» ƏS-nin populyarlaşmasına imkan yaradıb.


«ICTnews.az» elektron xəbər xidməti «it-weekly.ru» resursuna istinadən yazır ki, bu halda «Microsoft» şirkətinin ən populyar ƏS-i 56.11 faiz bazar payına malik «Windows 7» platformasıdır. İndi «Windows Vista» və «XP» ƏS-nin bazar payları müvafiq olaraq 1,61 və 10,59 faiz təşkil edir. «Windows 8.1» sisteminin payı 11,15, «Windows 8»-də isə 2,88 faizdir.


ABŞ-da «Windows 10» ƏS-nin yayılma göstəricisi 12.79 faiz, Çində 4.33 faizdir. Danimarkada isə artıq fərdi kompüterlərin 20 faizinə sözügedən sistem qurulub.


Müəllif:

Oxşar xəbərlər