Dünyanın ən lüks və ən bahalı SUV avtomobili (cipi) Bentley Bentayga ötən günlərdə istehsaldan çıxıb.
Bentayga-nın ABŞ-da satış qiyməti 229 min 100 dollar olacaq.
Eyni zamanda çatdığı 301 kilometr sürətilə dünyanın ən sürətli SUV-si olan Bentayga-nın sirri isə cüt turbo 5950 cc-lik V 12 mühərrikdədir. 608 at gücünə və 900 Nm-lik troka malik olan bu mühərrik, təxminən 2.5 ton ağırlığındakı bu nəhəng avtomobilin 4 saniyə ərzində 0-dan 100 kilometr sürətlənməsini təmin edir.
8 pilləli avtomatik sürət qutusuna malik olan Bentayga, "bədəni" və gücü ilə mütənasib yanacaq işlədir. Nəhəng SUV, zavod məlumatlarına görə, 100 kilometrdə şəhər içində 19 litr, qarışıq şəraitsə isə 13 litr yanacaq sərf edir./fins/