26 Dekabr 2015 08:05
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir istifadəçi hesabının, xüsusən maliyyə proqramlarının təhlükəsizliyini qorumaq üçün unikal şifrələrdən istifadə etmək lazımdır.

Təəssüf ki, istifadəçilər çox vaxt asanlıqla tapıla bilən simvollar kombinasiyasından istifadə edərək şifrənin təhlükəsizlik səviyyəsinə bir o qədər əhəmiyyət vermirlər.

"ICTnews" elektron xəbər xidməti "psm7.com" resursuna istinadən yazır ki, "Kaspersky Lab" şifrənin təhlükəsizlik səviyyəsini yoxlamaq üçün onlayn xidmət yaradıb. Saytda rəqəm və hərflərdən ibarət şifrəni daxil edərək hakerin sizin şifrənizə müdaxilə müddətini öyrənmək mümkündür.

"Kaspersky Lab" xəbərdarlıq edir ki, bu xidmət yalnız tanışlıq məqsədi ilə yaradılıb, şifrələr verilənlər bazasında saxlanılmır.


Müəllif:

Oxşar xəbərlər