16 Yanvar 2016 11:30
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Rikardo Medini qonşunun ölümündə şübhəli bilinərək, saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən “Power Rangers” teleserialındakı rolu ilə tanınan Medinin günahı sübuta yetirilərsə, onu 26 il həbs və 1 milyon dollar pul cəzası gözləyir.

İlkin məlumatlara görə, hadisə ötən il dekabrın 31-də baş verib. Qonşusu barlardan birində əylənən Medini ilə sevgilisinə sataşıb və mübahisə başlayıb. Davaya çevrilən hadisə zamanı qarşısındakına gücü çatmayan aktyor barın mətbəxində əlinə keçən balta ilə qonşusuna çoxsaylı zərbələr endirib.

Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Elvin


Müəllif: