2 Fevral 2016 14:32
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada özünə və uşaqlarına işgəncə verən ərini öldürən Jakulin Savaj prezident Fransua Olland tərəfindən əfv edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 68 yaşlı qadına 2014-cü ildə 10 həbs cəzası verilib. Fransa prezidenti iqamətgahından verilən açıqlamada, Savajın qalan cəzasının bağışlanmasına qərar verilib.

Vəkillər Jakilin Savajın aprelin ortalarında azadlığa buraxılacağını bildiriblər.

Savaj oğlu intihar etdikdən bir gün sonra - 10 sentyabr 2012-ci ildə əri Norbert Marotunu qətlə yetirib. O, 47 illik həyat yoldaşına tüfənglə 3 güllə vurub.

Savaj oğlunun atasının təcavüzündən sonra intihar etdiyini iddia edib. O, əyyaş olan ərinin illərdir ona və 3 qızına təcavüz edib döydüyünü bildirib.

Məhkəmə isə qətli özünü müdafiə kimi qiymətləndirməyib.

Bu qərarı kəskin şəkildə tənqid edən Fransa ictimaiyyəti qadının azad olunmasını tələb edib.

İnternetdə başladılan kampaniyaya 400 mindən çox insan qatılıb və prezident Ollandın əfv hüququndan istifadə etməsini istəyib.

Çağırışlardan sonra Olland ötən həftə Savajın 3 qızı ilə görüşüb.

Fransa Prezidentinin iqamətgahından verilən açıqlamada bildirilir ki, prezident məhkəmə qərarına hörmətlə yanaşır: “Bununla bərabər Savajın ən qısa zamanda ailəsinin yanına qayıtması üçün lazımı qərarlar veriləcək".

Qeyd edək ki, Fransa prezidenti əfv hüququndan çox nadir hallarda istifadə edir.

Ramal


Müəllif:

Oxşar xəbərlər