Türkiyədə qadın sevgilisinin dilini dişləyərək qoparıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Zonquldağda baş verib.
Xəstəxanaya çatdırılan kişi qadının dilini, qəsdən yoxsa ehtiyatızlıqdan qopardığını bilmədiyini deyib.
Gəmiçi olan 44 yaşlı Tamer yeni tanış olduğu qadınla spirtli içki içib. Qadın sevgilisi ilə bir qədər öpüşdükdən sonra onun dilini dişləyib.
Qadın daha sonra hadisə yerindən qaçıb. Tamer ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. 4 saat davam edən əməliyyatdan sonra Tamerin dili tikilib.
Polisə ifadəsində Tamer öpüşdüyü qadını tanımadığını bildirib. Evli və iki uşaq atası olan Tamer dilini qoparan qadından şikayətçi olmayıb.
Ramal