4 Fevral 2016 18:31
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları arıqlamaq istəyənlərə keçi qatığı yeməyi məsləhət görüb.

Publika.az xəbər verir ki, Kembric Universitetinin professorlarının apardığı araşdırmalar keçi qatığının tərkibində piyləri əridən xüsusi ferment olduğunu ortaya çıxarıb.

“Konzim” adlı bu ferment sayəsində arıqlamaq olduqca asandır. Hətta alimlər bu fermentin gələcəkdə minlərlə insanı artıq çəki problemindən xilas edəcəyini düşünür. Fermenti kəşf edən professor Erik Pointer keçi qatığının aclıq hissini aradan qaldırdığını, insanı uzun müddət tox saxladığını bildirib.

Keçi qatığını yeməklərin yanında və ya qəlyanaltı zamanı yemək olar.

Qeyd edək ki, bundan 2 il öncə aparılan başqa bir araşdırmanın nəticələrinə görə, gündə 125 qram təbii keçi qatığı yemək dərini hamarlaşdırır, saçlara parlaqlıq verir, yaşlanmanı gecikdirir.


Müəllif:

Oxşar xəbərlər