Yaponiyanın tanınmış gənc aktyoru Daiqo Kasino səhnədə dünyasını dəyişib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı aktyor ehtiyatsızlıq üzündən həyatından olub. Belə ki, Daiqo səhnədə qılıncla məşq zamanı qarnından aldığı zərbə nəticəsində yaralanıb. Aktyor dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl italyan aktyor Rafael Şumaxer də ehtiyatsızlıq üzündən tamaşa zamanı ipdən asılı qalaraq vəfat etmişdi.