21 Fevral 2016 23:34
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə maraqlı bir hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, "Şərafəddin nənə" ləqəbli Şərafəddin Gencel anası öldükdən sonra onun paltarlarını geyinib. O, bu yolla hər ay banka gedərək, anasının təqaüdünü alırmış.

Onun bu qeyri-adi fırıldağı 2 il çəkib. İki ildən sonra rəsmi qurumlar Şərafəddinin anasının vəfat etdiyini anlayıblar. Bu qanunsuz əməlinə görə 14 ay həbs edilən Şərafəddin son sözləri belə olub: "Anamın paltarlarıyla 1 həftə ayna qarşısında məşq etdim. Qardaşımı belə aldatmışdım. Heç kim fərqinə varmadı".

Axtarışlar nəticəsində məlum ki, Şərafəddin Gencel anasının öldüyünü gizlətmək üçün, onu evin zirzəmisində basdırıbmış.


Müəllif:

Oxşar xəbərlər