1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında tarixə düşəcək təcrübə keçirilib. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE-173 sinifli 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə ərzində 600 km-dən çox uzaqlığa gedib və təkrar gəlib.
Baku.ws xəbər verir ki, təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə olduğunu təsdiqləmir. Al Bilek xaric, təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir xəyal olduğunu söyləmişlər. Bilekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" (Rainbow Project) əməliyyatıdır. "Filadelfiya eksperimenti"nin əsas məqsədi gözəgörünməz gəmilər yaratmaq idi. Eksperiment "şəhər əfsanəsi"dir.
Lakin bu əfsanə doğru da ola bilər. 1984-cü ildə "Filadelfiya eksperimenti" filmi çəkildikdən sonra əfsanədən yenidən danışılmağa başlandı. "Göy qurşağı əməliyyatı" adıyla da tanınan bu təcrübə 1984-cü ildə ağ pərdəyə, yəni bu haqda filmin çəkilişinə kimi ciddiyə alınmamışdı. Ancaq o tarixin bu günə qədər rəsmi mövqelər tərəfindən dəfələrlə yalanlanmasına baxmayaraq, ən çox diqqət çəkən mövzulardan biri olub.
1930-cu illərdə "Göy qurşağı" layihəsi Çikaqo Universitetində başlanmış, Prinston Universitetində davam etdirilmişdir. Bu layihədə Albert Eynşteyn, Con Fon Neyman və Nikola Tesla kimi fiziklər iştirak edirdi. Əfsanəyə görə, Albert Eynşteyn bu eksperimentdə öz "Hər şeyin nəzəriyyəsi"ni yoxlamışdı.
1943-cü il 28 oktyabrda səhər saat 09:00-da ilk eksperiment həyata keçirildi. 181 heyətdən ibarət "Eldrik" gəmisi Atlantik okeanından bir göz qırpımında Hind okeanına keçir. Gəmidə nə saat, nə də kompas işləyir. Gəmidəki insanlar vaxtından tez qocalaraq vəfat edirlər. 13 adam yanaraq dünyasını dəyişir. Digərləri isə elektrik boşalmasından və qorxudan ölürlər.
Albert Eynşteyn öz "Nisbilik nəzəriyyəsi" ilə məşhurdur. Allyende ikinci məktubunda yazır ki, Eynşteyn bu nəzəriyyəni 1925-1927-ci illər arasında hazırlamışdı. Həkim Bertran Rassel deyir ki, nizbilik nəzəriyyəsi başa çatmışdı. Bertran məşhur yazıçı, filosof, humanist, pasifist olmuşdu. O, Eynşteyn ilə dostluq edirdi.
Bəs "Nisbilik nəzəriyyəsi" nə üçündür? Əsas fikir ondadır ki, bir hərəkət ilə universal qüvvələri-elektromaqnetizm, cazibə qüvvəsi və nüvə enerjisini riyazi yolla izah etməkdir. Bəzən hesab olunur ki, dördüncü qüvvə də mövcuddur. Ona "Zəif Universal Qüvvə" deyilir. Həmin qüvvə cazibə qüvvəsi ilə əlaqədədir. Bu elektrik ilə maqnit arasındakı əlaqəyə uyğun gəlir. Nəzəriyyədən başa düşülür ki, əgər nəzəriyyə başa çatdırılarsa, rentgen şüalarını, hətta bütün materiyanı özündə saxlaya bilər. Eynşteyn ali riyaziyyatı yaxşı bilmədiyindən bu məsələni sonuna kimi həll edə bilməmişdi. Güman olunur ki, Albert Eynşteyn "Nisbilik nəzəriyyəsini" Filadelfiya eksperimentində sınaqdan keçirmişdi.
Əfsanə haqqında
Allyende "Filadelfiya eksperimenti"nin 22 iyunda baş verdiyini iddia etmişdi. Bu mərhələdən sonra yaşıl rəngdə bir səs gəmini ötməyə başlamış və "USS Eldridge" ortadan itmişdi. Karlos Allyende "Filadelfiya eksperimenti" haqqında bunları xatırlayırdı:
"Bir an yalnız gəminin çapasını görə bildim, sonra o da itdi, ortada artıq nə səs, nə də USS Eldric vardı; bomboş dənizə baxırdıq, bizim gəmidə olan yüksək rütbəli zabitlər və elm adamları qorxu, dəhşət və həyəcan içində nəfəslərini tutaraq bu inanılması mümkünsüz uğuru müşahidə edirdilər. Gəmi və heyəti həm radarda, həm də gözlərimizin qarşısında yox olmuşdu. Hər şey planlandığı kimi gedirdi, 15 dəqiqədən sonra əmr verildi və generatorların şalteri bağlanıldı. Əvvəl heç bir şey olmadı, arxasından yaşıl səs təkrar ortaya çıxdı və USS Eldric yenidən görünməyə və ortaya çıxmağa başladı. Amma gəmi hara getmiş və haradan gəlirdi? Səs azalarkən bir şeyin qəribə getdiyini hiss edirdik. Dərhal gəmiyə yanaşdıq, ilk əvvəl şəxsi heyətin çoxunun gəminin yanından sallanıb səssiz halda olduqlarını gördük, digərləri isə gəminin göyərtəsində çaşmış halda gəzirdilər, sanki heç birinin şüuru yerində deyildi.
Səlahiyyətli qruplar gəmiyə girərək bütün ekipaj üzvünü qısa müddət ərzində uzaqlaşdırdılar və yerlərini hazır gözlənilən yeni bir heyət aldı.
Bir-iki gün sonra yeni bir təcrübəyə daha qərar verildi. Gəmi istənilən radar görünməzliyinə çatmışdı, təchizat dəyişdirildi və 28 oktyabr 1943-cü ildə təcrübə yenə eyni gəmidə təkrarlandı. Generatorlar işə başladıqdan dərhal sonra "Destroyer" az qala görünməzlik xəttinə çatmışdı, yalnız burnu və arxası görünür, arada isə bəzi xəttlər müəyyən naməlum halda seçilirdi. Sonra yalnız su üzərində gəmi boyunda bir xətt qaldı. Bir iki dəqiqə sonra mavi bir işıq parladı və həmin xətt də yox oldu. Gəmi tamamilə yox olmuşdu.
Bir neçə dəqiqə sonra millər tərəfindən uzaqda Norfolk da ortaya çıxdı. Göründükdən bir az sonra bilinməyən bir səbəblə yenə itdi və Filadelfiyada təkrar ortaya çıxdı. Bu dəfə vəziyyət çox ciddi idi, bütün ekipaj üzvünü başı bəlada idi. Bəziləri yox oldu və bir daha geri dönmədi. Bu hadisənin ən qorxunc hissəsi isə beş dənizçinin gəminin əriyən və sonra yenə qatılaşan metal lövhələrinin içində qalmaları idi. Bu çox faciəvi bir vəziyyət idi. Dənizçilərdən biri xilas oldu. Lakin bir daha əvvəlki halına dönə bilmədi. Ağlını tamamilə itirmişdi. Amma edəcək heç bir şey yox idi. Bəzilərinin psixi qabiliyyətləri inkişaf etmişdi, küçədə gedərkən itən və yenə ortaya çıxan insanlar vardı".