23 Fevral 2016 20:44
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə ötən il 85 min insan adını dəyişmək üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, onlar arasında ən qəribəsi Sem Smitin seçdiyi ad olub.

Londonun yaxınlığında yaşayan 33 yaşlı vətəndaş rəsmən adını dəyişdirərək “Bekonla ikiqat çizburqer” (“Bacon Double Cheeseburger”) qoyub.

Bu barədə “Evening Standart” qəzeti məlumat yayıb.

33 yaşlı S.Smit deyib ki, bu qərara dostlarıyla gecəni barda keçirərkən gəlib. Dostlar qəribə adlar barəsində mübahisə ediblər. Smit etiraf edib ki, ad dəyişdirilməsinə səbəb bir qədər cox içki içməsi və dostlarla bəhsə girməsi olub. Mübahisə zamanı isə ilk ağlına gələn insan üçün qəribə ad kimi sevdiyi burger olub.

O deyib ki, uzaq məsafəli səfərlərdə yeni adı çox qəribə qəlmədiyi halda, Avropa ərazisində şübhələr doğurur. Adı dəyişilən vaxtdan S.Smit sənədlərə B D Cheeseburger imzası qoyur.

Qeyd edək ki, adını dəyişdirmək istəyənlərin əksəriyyəti Lionel Messi və Kristiano Ronaldo adını seçib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər