Türkiyədə oğurluq etmək üçün binaya daxil olan qadınların görüntüsü yayılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 qadın plastik kartdan istifadə edərək iki mənzilə daxil olmağa çalışıblar. Ancaq gözlənilmədən ev sahibi qapını açıb. Qadınlardan ikisi ev sahibinə görünmədən qaçıb. Digəri isə səhvən qapı zənginə basdığını deyərək hadisə yerindən uzaqlaşıb. Baş verənlər isə təhlükəsizlik kamerasına düşüb.
Teleqraf.com olayın görüntüsünü təqdim edir:
Rüstəm