18 Mart 2016 08:04
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyanın “Evil Mad Scientist” şirkəti təsvirləri marker, lələk qələm, karandaş kimi müxtəlif yazı ləvazimatları ilə kağıza köçürən robot hazırlayıb.

“AxiDraw” adlı stolüstü robot USB vasitəsilə kompüterə qoşulur və Inkscape vektor qrafik redaktorunun köməyilə işləyir.

hitech.newsru.com saytının məlumatına görə, çəkisi 1,8 kq olan robot dəvətnamə və təbriknamələrin hazırlanması, şirniyyatların bəzədilməsi və s. üçün istifadə oluna bilər.

Robotu şirkətin saytından əldə etmək mümkündür. Qiyməti 450 ABŞ dolları təşkil edir.


Müəllif:

Oxşar xəbərlər