19 Aprel 2016 01:52
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adana şəhərində orta məktəb bufet işlədən 55 yaşlı kişi həbs edilib.

Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, bufetdə işləyən kişinin həbsinə səbəb kimi 10 qız şagirdinin onun tərəfindən təcavüzə məruz qalması barədə iddialar olub. Adana şəhərinin İmamoğlu qəsəbəsində yerləşən Məhmət Akif Ərsoy adına orta məktəbdə oxuyan səkkizinci sinif şagirdləri bufet işlədən və üç uşaq atası olan F.A-nın təcavüzünə məruz qaldığını bildirib.

Bundan dərhal sonra hərəkətə keçən məktəb rəhbərliyi və Milli Təhsil Müdirliyi polisə məlumat ötürüb və 55 yaşlı F.A saxlanılıb. F.A-nın təcavüz etdiyi, amma qorxduqları üçün susduqları bildirilən daha yeddi şagird də şikayətçi olublar. Psixoloq yanında ifadələri alınan qız şagirdlər F,A-nın onlara əl və sözlə təcavüz etdiklərini bildiriblər. Bu ifadələrin ardınca saxlanılan 55 yaşlı kişi ədliyyə orqanlarlına göndərilib, prokurorluğun iddiası üzərində həbs edilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər