19 Aprel 2016 09:14
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Tekirdağ bölgəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə hərəkətdə olan avtomobil qəfil yoldan çıxaraq dəmir səddə çırpılıb. Hadisə nəticəsində 8 aylıq hamilə qadın həyatını itirib, 2 nəfər isə ağır xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həkimlərin cəhdlərinə baxmayaraq, qadının doğulmamış körpəsinin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri araşdırılır.

Teleqraf.com olay yerindən ilk görüntüləri təqdim edir:

Elvin


Müəllif: