24 Aprel 2017 22:25
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan qondarma rejimi təbliğ edən xəritələr yerləşdirməyə cəhd edib

Aprelin 24-27- də Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib.

Teleqraf.com-un məlumatına görə, bunu yaydığı açıqlamada Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubaydakı baş konsulluğu tərəfindən bu fakt müəyyən olunub və dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək təxribatın qarşısı alınıb:

“Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb. Məsələ Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı baş konsulluğu tərəfindən nəzarətdə saxlanılır”.

XİN-in sözçüsü, həmçinin bildirib ki, sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur.

Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər