Teleqraf.com xəbər verir ki, keçmiş deputatın Feysbukda paylaşdığı başı kəsilən kötüyün pöhrələnməsi “Təbiət özü Serj Sərkisyana cavab verdi” kimi şərh edilib. Sosial şəbəkə istifadəçilərinin fikrincə, kötüyün yeni yaşıl zoğ atması onu göstərir ki, ağac heç nəyə baxmayaraq, yaşamağa davam edir.
Xatırladaq ki, bu yaxınlarda İrəvanın Davidaşen inzibati ərazisində qanunsuz ağac kəsilməsinə qarşı reyd mediada geniş rezonans doğurdu, hadisə ilə bağlı cinayət işi açıldı və saxlanan da oldu. Hətta erməni prezident hadisəni şərh etdi.
Jurnalist Aram Amatuni qeyd edib ki, Sərkisyan ötən ilin aprelində cəbhədə baş verən hadisələr, o cümlədən ordudakı korrupsiyaya görə cavab vermək istəmir, müharibə onun üçün maraqlı deyil, amma ağac kəsilməsində günahı olmayan 4 uşaq atasının cəzalanması haqda dərhal sərəncam verib:
“Çünki bir il əvvəl parlament seçkiləri və İrəvanda mer seçkiləri deyildi, onda ona divident qoparmağa ehtiyac yox idi. Halbuki insanlar cavab almaq ehtiyacı duyurdu, ancaq Sərkisyan susurdu. İndi isə Sərkisyan təbiətin özü tərəfindən cavabını aldı, özü də kifayət qədər tutarlı cavab. Təbiət qarşısında insan gücsüzdür. Halbuki Sərkisyan vacib işlərini kənara qoyub İrəvanda ağac doğranmasına münasibət bildirmişdi. Əslində, həmin hadisə təbiət hadisəsi idi, qanunsuz ağac kəsmə əməliyyatı deyildi. Əlbəttə, hakimiyyəti ağac və ya gül maraqlandırmır. Onlar üçün ən vacibi öz hakimiyyətlərinin çiçəklənməsidir. Təbiətsə özü onun cavabını verdi, indi Sərkisyan dövlət xəzinəsinin düzgün xərclənməsinə nəzarət etsə, daha yaxşı olar”.
Kəmalə