Teleqraf.com BAXCP mətbuat xidmətinə istinadən xəbər verir ki, bu təklif partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında səsləndirilib.
İclasda ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub. Son vaxtlar Türkiyəyə münasibətdə Qərb dövlətlərinin sərgilədiyi mövqeyi müzakirə edən BAXCP İdarə Heyəti qardaş ölkəyə qarşı atılan addımları qətiyyətlə pisləyib:
“BAXCP İdarə Heyəti hesab edir ki, Qərb Türkiyə ilə terrorçular arasında hərbi qüvvələrini yerləşdirməklə onlara dəstək vermək əvəzinə PKK, YPQ, PYD və bu kimi terror qruplarına qarşı mübarizədə rəsmi Ankaranın yanında olmalı, müttəfiqini müdafiə etməlidir”.
BAXCP İdarə Heyəti məsələ ilə bağlı Azərbaycan hökumətinə də çağırış edib: “Hesab edirik ki, ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan hökuməti Türkiyəyə hərbi yardım da daxil olmaqla hərtərəfli köməyini təklif etməlidir”.
Cavad