Teleqraf.com xəbər verir ki, Amerika əsgərləri 3 gün əvvəl Suriyanın şimal-şərqindəki Hasekedə 250 ərəb və kürd qadının hərbi təlimlərdən sonra andiçmə mərasiminə qatılıb.
Söhbət PKK və PYD-nin qurduğu Suriya Demokratik Gücləri (SDG) adlı hərbi birləşməyə bağlı əsgərlərin andiçmə mərasimindən gedir. Bu mərasimdən çəkilən fotolardan aydın olur ki, Amerika hərbçiləri arxa sıralarda əyləşərək kürd qadınların andiçmə mərasimini izləyib. Bu, həm də o deməkdir ki, SDG üçün təlimləri elə ABŞ hərbçiləri keçir.
“Observer” qəzetinə danışan SDG-nin əsas simalarından olan Hədiyyə Yusif bəyan edib ki, Rakka şəhərini İŞİD-dən aldıqdan sonra Deyr əz-Zor istiqamətində irəliləyəcəklər. Hədiyyə Yusif İdlib şəhərinə də gedə biləcəklərini açıqlayıb.
Cavad