Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər telefonla əlaqə saxlayıblar. Əsasən iki ölkə arasında əlaqələr və regional problemlər məsələsi müzakirə edilib.
Tərəflər həmçinin Suriya, Kipr problemi və Avropa Birliyinə dair məsələlərə də diqqət ayırıb.
Qeyd edək ki, Prezident Ərdoğanın Çinə, oradan isə ABŞ-a səfəri əsnasında Prezident Tramp Suriyada kürdləri silahlandırmağa dair qərar verib. Bu isə Ankaranın xoşuna gəlməyib. Bu fonda Ərdoğanla Tereza Mey arasında gözlənilməz telefon danışığı maraqlı nüanslardan xəbər verir.
Cavad