Teleqraf.com xəbər verir ki, tədbirin açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov, BMT-nin Mədəniyyətlərarası dialoq üzrə Ali Nümayəndəsi Naser Əbdüləziz əl-Naser, Türkiyə Nazirlər Kabineti İctimai Diplomatiya Baş Koordinatoru Ali Osman Öztürk, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İslam Həmrəylik Oyunları Federasiyasinin Baş Katibi Feysal Əl-Nasir, İƏT İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin Baş direktoru Musa Kulaklıkaya, Boğaziçi Universitetinin rektoru professor Mehmet Özkan çıxış ediblər. İƏT Baş Katibi Yusif əl-Üseyminin tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub.
Son illər ərzində İƏT Gənclər Forumu ilə birgə kecirilən milli “İƏT Modeli” proqramından 1000-ə yaxın gəncin məzun oldugunu deyən Azad Rəhimov bu sahədə görülən işlərin Azərbaycan prezidentinin milli və beynəlxalq səviyyələrdə gəncliyin intellektual inkişafına yönəlik əməkdaşlığa verdiyi mühüm əhəmiyyətin bariz nümunəsi olduğunu geyd edib.
İslam Həmrəylik Oyunlarının yuksək səviyyədə təşkil edilməsi münasibətilə Azərbaycanın Birinci Vitse-Prezidenti, 4-cü İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edən İƏT Baş Katibi Y.Əl-Useyminin müraciətində “İƏT Model Gənclər Zirvəsi”nin məhz İslam Həmrəyliyi Oyunları ərəfəsində keçirilməsinin gəncliyin həm fiziki, həm də intellektual inkişafına verilən önəm kimi əhəmiyyəti qeyd edilib.
Dünyanın 70-dən artıq universitetində keçirilən İƏT Modeli oyunlarında on minlərlə gənc lider və gələcək diplomatların iştirak etdiyini geyd edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov “İƏT Model”in bir müasir intellektual hərəkata çevrildiyini qeyd edib. Onun bildirdiyinə görə, Bakı Zirvəsi ərəfəsində bu hərəkatın nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin İslam Həmrəylik İli elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq, 2017-ci ildən etibarən İslam Dünyası Gənclik Gününün təsis edilməsi haqda təkliflə çıxış ediblər.
Cavad