Teleqraf.com xəbər verir ki, millət vəkili Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcək.
Söhbət zamanı ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin hazırki durumu və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev isə Berlində səfərdədir. Millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək.
Deputat eyni zamanda, Almaniya Bundestaqında “Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçiriləcək müzakirələrə qatılacaq.
Cavad