18 May 2017 14:13
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa Dövlətlərinin Parlament rəhbərlərinin sammiti keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə Milli Məclisi birinci vitse-spiker Ziyafət Əsgərov təmsil edir.

Sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirə edilir.

Ziyafət Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcək.

Sammit çərçivəsində bütün nümayəndə heyəti rəhbərləri Polşa Prezidenti ilə görüşəcək.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər