19 May 2017 20:24
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Rusiya Ali Məhkəməsinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə bu ilin aprelində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar iki ölkə başçısının qarşılıqlı ismarıcları xatırladılır. Qeyd olunur ki, prezidentlər iki ölkə arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, həmçinin, bu

münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, iki xalqın mənafeyinə xidmət edəcəyini vurğulayıblar.

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən fondun da 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının Rusiya Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur.

“Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”, deyən fond hesab edir ki, ÜAK-ın ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir. “Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının – ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”, müraciət bu sözlərlə yekunlaşır.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər