Teleqraf.com xəbər verir ki, prosesdə həbs olunan zaman Qiyas İbrahimovun adına yazılmış vəkil orderinin 5 saylı hüquq məsləhətxanasından sorğu ilə alınması haqda vəsatət qaldırıb.
Vəkilin daha bir vəsatəti isə Nərimanov Rayon Polis İdarəsindən kamera görüntülərinin alınması haqda olub. Məhkəmə vəsatətləri təmin etməyib.
Növbəti proses mayın 31-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qiyas İbrahimov 10 il azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Qiyas İbrahimov apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sonradan onların cinayət işi ayrılıb.
Qiyas İbrahimov NİDA Vətəndaş Hərəkatının üzvü olub.