26 May 2017 21:53
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvada Azərbaycan səfirliyində Respublikamızın milli bayramı – Respublika Günü münasibətilə qəbul keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Rusiya rəsmilərindən - XİN başçısının müavini Qroqori Krasin və Nazirliyin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova iştirak ediblər.

Tədbirdə çıxış etmiş Azərbaycan səfiri Polad Bülbüloğlu Respublika Günü, ölkəmizin dövlətçilik tarixi, inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara geniş məluamat verib.

Qriqori Krasin çıxışında bildirib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşı adlandırıb və Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin olmadığını bildirib.

Tədbirdən sonra özünün “Facebook” səhifəsində təəssüratlarını bölüşən Mariya Zaxarova etiraf edib ki, səfirliyə gələrkən 10 dəqiqə oturandan sonra çıxıb getməyi düşünürmüş, lakin “xalq axını” və “canlı ünsiyyət” onu 1 saat səfirlikdə saxlayıb.

Rusiya XİN mətbuat xidməti rəhbərinin sözlərinə görə, Azərbaycan səfirliyində bayram süfrəsi plov, müxtəlif şorabalar və digər qida məhsulları ilə dolub daşırmış. Səfirliyi tərk edərkən diplomat özü ilə “masadan yadigar olaraq” xiyar və gilas götürüb və bununla bağlı yazıb: “Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”.

Mariya Zaxarova Azərbaycan səfirliyinə gəlib

Polad Bülbüloğlu tədbirdə çıxış edir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər